Avropanın kralı müəyyənləşdi - VİDEO

Avropanın kralı müəyyənləşdi - VİDEO
Çempionlar Liqasında 2015/16 mövsümünə yekun vurulub. Fanat.az xəbər verir ki, final matçında İspaniyanın iki böyük klubu - "Real" və "Atletiko" qarşılaşıb.
Milandakı “San Siro” stadionunda baş tutan oyunun əsas vaxtında iki qol vurulub. 15-ci dəqiqədə "Real"dan Serxio Ramos hesabı açıb. 48-ci dəqiqədə "Atletiko" penalti qazansa da, Antonie Qriezmann şansı boşa verib. 79-cu dəqiqədə Karrasko, bərabərliyi təmin edib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda da qol vurulmadığından qalib penalti seriyasında müəyyənləşib. "Real"da ilk 4, "Atletiko"da 3 zərbə dəqiq olub. Xuanfranın zərbəsi dəqiq olmadığından Kriştiano Ronaldonun "Real"ı kubokun qalibi etməsi ilə nəticələnib. 
Qeyd edək ki, "Real" Çempionlar Liqasının rekordçusudu. "Kral Klubu" tarixində 14 dəfə finala çıxıb və 11-də qalib olub. "Real"ın ən yaxın izləyicisi "Milan"ın aktivində 7 çempionluq var. "Atletiko" indiyədək 3 dəfə finala çıxsa da, qalib ola bilməyib. Komandalar 2013/14 mövsümündə finalda üz-üzə gəlib. Lissabondakı "Estadio da Luz" stadionunda baş tutan qarşılaşmada "Real" 4:1 hesablı qələbə qazanıb. 
Mövsümün bombardiri "Real"dan Kriştiano Ronaldo olub. Onun aktivində 16 qol var. Onu izləyən "Bavariya"danRobert Levandovski isə 9 dəfə fərqlənə bilib.
Çempionlar Liqası
Final
28 may
 
Real (İspaniya) - Atletiko (İspaniya) 1:1 (penalti - 5:3)
Qollar: Serxio Ramos, 15 - Karrasko, 79.
İstifadə olunmayan penalti: Antonie Qriezmann, 48.
Real: 1. Keylor Navas, 3. Pepe, 4. Serxio Ramos, 7. Kriştiano Ronaldo, 8. Toni Kroos (22.İsko, 72), 9. Kərim Benzema (18. Lukas, 77), 11. Qaret Beyl, 12. Marselo, 14. Kasemiro, 15. Daniel Karvaral (23. Danilo, 52), 19. Luka Modriç.
Atletiko: 13. Jan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis (19. Lukas Hernandes, 109), 6. Koke (22. Tomas Taye, 116) 7. Antonie Qriezmann, 9. Fernando Torres, 12. Auqusto Fernandes (21. Karrasko, 46), 14. Qabi, 15. Stefan Saviç, 17. Saul Niguez, 20. Xuanfran.
Hakimlər: Mark Klattenburq, Simon Bek, Ceyk Kollin (İngiltərə), Viktor Kaşşai (Macarıstan).
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (İngiltərə).
Sarı vərəqələr: Daniel Karvaral, 11. Keylor Navas, 47. Kasemiro, 79. Serxio Ramos, 90+3. Danilo, 93. Pepe, 112 - Fernando Torres, 61. Qabi, 90+3.
Milan. “San Siro” stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər