Avropa Oyunları: Azərbaycan neçəncidir?

Avropa Oyunları: Azərbaycan neçəncidir?

Bu gün Polşada III Avropa Oyunlarına yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, hazırda Azərbaycan  komandasının hesabında 9 (2-1-6) mükafat var.

Karateçilər Tural Ağalarzadə (67 kq) və İrina Zaretska (68 kq) çempion olub, taekvondoçu Sayad Dadaşov (54 kq) gümüş medal qazanıb. Karateçi Asiman Qurbanlı (+84 kq), taekvondoçu Qaşım Maqomedov (68 kq), muay-tayçılar Aysu Davrişova (57 kq), Emili Rzayeva (63,5 kq) və Xəyal Əliyev (67 kq) və boksçu Murad Allahverdiyev (80 kq) isə bürünc mükafata yiyələniblər.

Bu göstərici ilə Azərbaycan 29-cu yerdə qərarlaşıb.

Medal sıralamasına İtaliya (28-24-38) başçılıq edir, İspaniya (20-14-19) ikinci, Ukrayna (20-11-8) üçüncüdür.

Qeyd edək ki, son gündə boksçumuz Məhəmməd Abdullayev (+92 kq) və kikboksçu Fərid Ağamoğlanov (63,5 kq) final görüşünə çıxacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər