Avropa Oyunları: Azərbaycan neçəncidir?

Avropa Oyunları: Azərbaycan neçəncidir?

Polşada III Avropa Oyunları davam edir.

Fanat.Az xəbər verir ki, Azərbaycan yarışda 14 növ üzrə 101 idmançı ilə təmsil olunur.

Hazırda millimizin hesabında 5 (2 qızıl, 1 gümüş, 5 bürünc) mükafat var.

Karateçilər Tural Ağalarzadə (67 kq) və İrina Zaretska (68 kq) çempion olublar. Taekvondoçu Sayad Dadaşov (54 kq) gümüş, karateçi Asiman Qurbanlı (+84 kq), taekvondoçu Qaşım Maqomedov (68 kq), muay-tayçılar Aisu Davrişova (57 kq), Emili Rzayeva (63,5 kq) və Xəyal Əliyev (67 kq) bürünc medala sahib çıxıblar.

Bu göstərici ilə Azərbaycan hazırda 22-ci yeri tutur.

Medal sıralamasına İtaliya (18-17-23) başçılıq edir. İspaniya (18-11-11) ikinci, Ukrayna (12-7-6) üçüncüdür.

Qeyd edək ki, Avropa Oyunları iyulun 2-dək davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər