Avropa nəhəngi "Şalke"nin vunderkindinə elçi düşdü

Avropa nəhəngi "Şalke"nin vunderkindinə elçi düşdü

"Şalke"nin 17 yaşlı yarımmüdafiəçisi Assan Uedraoqo iş yerini dəyişməyə yaxındır.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Florian Plettenberq yayıb.

Xəbərə görə, "Bayern Münhen" Assanın təmsilçiləri ilə danışıqlara başlayıb və gənc istedada 5 illik müqavilə təklif edib. Mənbə "Şalke"nin sözügedən futbolçunu 15 milyon avroya sata biləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, cari mövsüm Helzenkirhen təmsilçisinin forması ilə bütün turnirlərdə 11 matça çıxan Uedraoqo 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər