Avropa çemionatında 16 ildən sonra

Avropa çemionatında 16 ildən sonra

Avropa çempionatının açılış matçında Fransa millisi Rumıniyanı 2:1 hesabı ilə məğlub etməklə meydan sahiblərinin uğursuzluğuna son qoyub. Fanat.az xəbər verir ki, 16 ildi açılış oyununda yarışa ev sahibliyi edən komandalar qalib gəlmirdi.

Belə ki, "Avro-2004"də yarışa ev sahibliyi edən Portuqaliya açılış matçında Yunanıstana 1:2 hesabı ilə uduzmuşdu. Bundan 4 il sonra isə İsveçrə Çexiya ilə bacarmamışdı - 0:1. 2012-ci ildə isə Polşa Yunanıstanla bərabərə qalıb - 1:1.

Qeyd edək ki, sonuncu dəfə "Avro-2000"nin açılış matçında meydan sahibi Belçika İsveçə 2:1 hesabı ilə qalib gəlmişdi.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər