Avroliqanın qalibi nə qədər qazanacaq? - MƏBLƏĞ

Avroliqanın qalibi nə qədər qazanacaq? - MƏBLƏĞ
Avropa Liqasının finalında İngiltərənin "Liverpul" və İspaniyanın "Sevilya" klubları qarşılaşacaq. Mayın 18-də Bazeldəki "St. Jakob-Park" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.
Fanat.az xəbər verir ki, kuboka sahib çıxan komanda 6,5 milyon avroya sahib çıxacaq. Finalda uduzan tərəfin qazancı isə 3,5 milyon avro olacaq.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan hər klub 2,4 milyon avro qazanır. Qrupda hər qələbəyə görə klublara 360, şeç-heçəyə görə 120 min avro verilir.
Qrup mərhələsini lider kimi bitirənlər 500 min, ikinci olanlar 250 min gəlir əldə edir. 1/16 finala çıxan hər komanda əlavə olaraq 500 min avro qazanır. 1/8 finalın iştirakçıları 750 min, 1/4 finalçılar 1 milyon, yarımfinalçılar 1,5 milyon avroya sahib çıxır. 
Beləliklə, "Liverpul" bu mövsüm kuboku qazansa, Avropa Liqasından ümumilikdə 16,25 milyon avro əldə etmiş olacaq. Bu turnirə Çempionlar Liqasından gələn "Sevilya" isə qalib olsa, təkcə Avropa Liqasından 12 milyon əldə edəcək. İspaniya klubunun Çempionlar Liqasındakı gəliri 28,2 milyon avrodu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər