Avropa Liqasının son turunun bir oyunu tərixə salınıb. Fanat.Az xəbər verir ki, "Sassuolo" (İtaliya) - "Genk" (Belçika) matçı baş tutmayıb.
Buna səbəb İtaliyadakı əlverişsiz hava şəraiti olub. Qarşılaşma təxirə salınsa da, onun nə vaxt baş tutacağı bəlli deyil.
Qeyd edək ki, bu oyunun keçrilməli olduğu F qrupunda "Genk" və "Atletik" növbəti mərhələyə vəsiqəni təmin edib. "Sassuolo" və eyni xala malik olan "Rapid" son pillələri tutur.
Fanat.Az