Avroliqada erkən final və yenə ispan derbisi

Avroliqada erkən final və yenə ispan derbisi
Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. Fanat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə 8 komanda rəqiblərini tanıyıb.
Bu mərhələdə erkən final adlandırıla biləcək qarşılaşma baş tutacaq. Belə ki, "Tottenhem"i mübarizədən kənarlaşdıran "Borussiya" (Dortmund) "Mançester Yunayted"i udmuş "Liverpul"a rəqib olub. Xatırladaq ki, "Borussiya" qrup mərhələsində "Qəbələ"nin rəqiblərindən olub və hər iki oyunda təmsilçimizə qalib gəlib (3:1, 4:0).
Mərhələnin maraqlı qarşılaşmalarından biri ispan klublarının dueli olacaq. Belə ki, 1/8 finalda "Valensiya"nı kdan "Atletik" yenə La Liqa klubuna rəqib olub. Bilbao təmsilçisi bu dəfə "Sevilya"nı sınaqdan keçirəcək. Qeyd edək ki, "Atletik" cari mövsümdə Avropa Liqasının III təsnifat mərhələsində Bakı "İnter"ini mübarizədən kənarlaşdırıb (2:0, 0:0).
Çempionlar Liqasında olduğu kimi burda da ən çox təmsilçisi olan ölkə İspaniyadı - 3 klub. Almaniya, İngiltərə, Ukrayna, Portuqaliya və Çexiyanın isə 1 təmsilçisi mübarizəni davam etdirir.
 
Qeyd edək ki, bu mərhələnin ilk oyunları aprelin 7-də, cavab qarşılaşmaları 14-də baş tutacaq.
Avropa Liqası
1/4 final
7-14 aprel
Braqa (Portuqaliya) - Şaxtyor (Ukrayna)
Vilyarreal (İspaniya) - Sparta (Çexiya)
Atletik (İspaniya) - Sevilya (İspaniya)
Borussiya (Dortmund, Almaniya) - Liverpul (İngiltərə)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər