Avroliqa: yalnız irlandlar qələbə qazandı

Avroliqa: yalnız irlandlar qələbə qazandı
Avrokuboklarda 2016/17 mövsümünə start verilib. Fanat.az xəbər verir ki, bu gün I təsnifat mərhələsinin ilk oyunları başlayıb.
İlk gündə 4 matç baş tutub. Bunlardan biri Bakıda "Kəpəz"lə "Daçiya" arasında keçirilib - 0:0. "Partizani" - "Slovan" oyunu eyni hesabla, "Rabotniçki" - "Buduçnost" qarşılaşması qollu heç-heçə ilə yekunlaşıb - 1:1.
Günün yeganə qələbəsini "Sent Patriks" "Jeness" üzərində qazanıb - 1:0.
Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyunlar
28 iyun
Kəpəz (Azərbaycan) - Daçiya (Moldova) 0:0
Partizani (Albaniya) - Slovan (Slovakiya) 0:0
Rabotniçki (Makedoniya) - Buduçnost (Çernoqoriya) 1:1
Qollar: Qollar: Elif Elmas, 80 - Velizar Yanketiç, 36.
Sent Patriks (İrlandiya) - Jeness (Lüksemburq) 1:0
Qol: Kris Faqan, 10.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər