AVRO-2020: Qol vurmayan hücumçu oyunun ən yaxşısı seçildi

AVRO-2020: Qol vurmayan hücumçu oyunun ən yaxşısı seçildi
AÇ-2020-nin E qrupu çərçivəsində keçirilən İsveç - Slovakiya matçının ən yaxşı futbolçusu müəyyənləşib. 
Fanat.Az xəbər verir ki, İsveç yığmasının hücumçusu Aleksandr İsak bu görüşün ən yaxşısı seçilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 21 yaşlı forvard bu matçda qazandığı penalti ilə komandasının qələbəsində (1:0) əsas pay sahiblərindən birinə çevrilib.
 
Qeyd edək ki, Aleksandr İsak hazırda İspaniyanın "Real Sosyedad” klubunun formasını geyinir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər