AVRO-2020: Finalın hakimləri açıqlandı

AVRO-2020: Finalın hakimləri açıqlandı
Futbol üzrə İtaliya və İngiltərə yığmaları arasında keçiriləcək Avropa çempionatının final matçının hakim təyinatları açıqlanıb. 
Fanat.Az xəbər verir ki, UEFA həlledici matçı Niderlanddan olan FİFA referisi Byörn Kuypersə tapşırıb. 
Ona yan xətt hakimləri Sander van Rukel və Ervin Zeynstra yardım edəcəklər. Dördüncü hakim funksiyasını isə Bastian Dankert yerinə yetirəcək.
 
Qeyd edək ki, iyulun 11-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək final oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər