AÇ: Ryabova da 7-ci oldu

AÇ: Ryabova da 7-ci oldu

Azərbaycanın daha bir fiqurlu konkisürəni Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında mübarizəyə qoşulub.

Fanat.Az xəbər verir ki, qadınların şəxsi yarışında çıxış edən Yekaterina Ryabova qısa proqramda 65,47 bal toplayaraq 7-ci yeri tutub. O, daha sonra sərbəst proqramda çıxış edəcək.

Qeyd edək ki, Avropa çempiontında Azərbaycan konkisürənlərindən daha əvvəl Vladimir Litvintsev kişilərin şəxsi yarışında 7-ci olub. Yekaterina Kuznetsova – Aleksandr Kolosovski dueti isə cütlüklərin yarışında mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər