"Barselona"nın yeni transferi Pyer-Emerik Obameyanq "Arsenal"dan ayrılma səbəbinin klubun baş məşqçisi Mikel Arteta ilə bağlı olduğunu demişdi.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, London təmsilçisinin çalışdırıcısı qabonlu futbolçuya cavab verib:
“Bu, onun fikridir. Sözlərinə hörmət etmək lazımdır. Mən Obameyanqa klubda etdiklərinə görə minnətdaram".
Xatırladaq ki, Pyer-Emerik Obameyanq 2018-ci ildən 2022-ci ilə qədər "Arsenal"ın şərəfini qoruyub.
Emin