"River Pleyt"in prezidenti Xorxe Brito hücumçu Xulian Alvaresin "Mançester Siti" ilə müqavilə imzaladığını təsdiqləyib.
Fanat.Az xəbər verir ki, "Sky Sports"un jurnalisti Fabritsio Romano Britonun dediklərini belə çatdırır: “Bizim Alvaresin satışı üçün “Mançester Siti” ilə tam anlaşmamız var. Müqavilə artıq bağlanıb. O, iyulun 7-dək “River Pleyt”də icarə əsasında qalacaq, biz bunu tezliklə rəsmi olaraq elan edəcəyik”
Alvares "River Pleyt" klubununun yetriməsidir. O, Argentina çempionatında 21 matçda iştirak edib, 18 qol vurub və 7 məhsuldar ötürmə verib.
21 yaşlı futbolçu Cənubi Amerikda 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.