Araz yeni komandasında debüt etdi

Araz yeni komandasında debüt etdi

Kosovo çempionatında 3-cü turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin yeni komandası “Lapi” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Fuşe Kosova” kollektivi ilə qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinib.

Araz bu görüşün 84-cü dəqiqəsində meydana çıxmaqla yeni komandasında debüt edib.

“Lapi” hazırda 6 xalla 4-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər