Araz darmadağına üzüldü

Araz darmadağına üzüldü
Türkiyə 1-ci liqasında 30-cu turun oyunları keçirilib.
 
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi "Boluspor” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Ümraniyəspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.
 
Araz start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.
 
30 oyundan sonra hesabında 35 xalı olan "Boluspor” 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər