Araz Abdullayev sabiq komandasına qarşı

Araz Abdullayev sabiq komandasına qarşı

Azərbaycan millisinin sabiq üzvü Araz Abdullayevin çıxış etdiyi "Etnikos" bu gün Kipr çempionatında növbəti oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, həmyerlimizin komandası səfərdə "Anortosis"in qonağı olacaq. 3-cü turun son qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, "Etnikos" ilk iki turdakı oyunları məğlubiyyətlə başa vuraraq, 12 komandalı çempionatda 11-ci pillədə yer alır. İlk turdakı oyunu təxirə salınan "Anortosis" də ötən həftə keçirdiyi görüşdə məğlub olub. 

Onu da əlavə edək ki, Araz 2017/2018 mövsümündə "Anortosis"in heyətində icarə əsasında çıxış edib və keçirdiyi 30 oyunda 3 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər