Araz Abdullayev rəsmən Cənubi Kipr klubunda

Araz Abdullayev rəsmən Cənubi Kipr klubunda

"Qəbələ"dən ayrılan milli komandamızın üzvü Araz Abdulayev karyerasını ölkədən kənarda davam etdirəcək. Fanat.Az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Cənubi Kipr çempionatında çıxış edəcək.

Belə ki, Araz “Anortosis” klubu ilə anlaşıb. Cənib Kipr təmsilçisi futbolçumuzla 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Araz ölkədə "Neftçi" və "Qəbələ" klublarının formasını geyinib. 2011-ci ildə İngiltərə "Everton"una transfer olunan futbolçu Premyer Liqada debüt etməyib və 2012-ci ildə Yunanıstanın "Panionios" klubuna icarəyə verilib. 2008-ci ildən A milli komandamıza çağırılan Abdullayev 21 oyunda 1 qol vurub.

“Anortosis” klubu 1991-ci ilin 30 yanvarında yaradılıb. Larnaka təmsilçisi ev oyunlarını 10230 azarkeş tutumu olan "Antonis Papadopulos" stadionunda keçirir. 106 yaşlı klub tarixi ərzində 13 dəfə Cənubi Kipr çempionu, 10 dəfə ölkə kubokunun, 7 dəfə Super Kubokunun sahibi olub. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər