Araz Abdullayev liderdi

Araz Abdullayev liderdi

Kipr çempionatında III turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, milli futbolçumuz Araz Abdullayevin komandası - “Anortosis” bu tur öz meydanında "Aris"i qəbul edib və minimal hesablı zəfərə sevinib.

Araz ikinci hissənin əvvəlində meydana çıxıb. Elə qol da Abdullayev oyuna girəndən sonra qeydə alınıb. 60-cı dəqiqədə qonaqların qapı torunu silkələyən Sisse yekun nəticəni müəyyənləşdirib.

 

Qeyd edək ki, 3 matça 7 xal toplayan “Anortosis” turnir cədvəlinin lideridi. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər