Millimizin futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr çempionatında növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, komanda 4-cü turda səfərdə APOEL-lə qarşılaşıb. Matç "Anortosis"in minimal hesablı qələbəsi ilə başa çatıb.
Matça əsas heyətdə başlayan Araz 78-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 4 turdan sonra "Anortosis" 10 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
Fanat.Az