Antonio Rüdiger yekun qərarını verdi

Antonio Rüdiger yekun qərarını verdi

"Real Madrid"in Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"dan sərfəli təklif alan müdafiəçisi Antoni Rüdiger qərarını verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbə Rüdigerin "Real"ı tərk etmək niyyətində olmadığını vurğulayıb. "Kral klubu"nun Almaniya millisinin üzvünü toxunulmaz saydığı və onu satmaq barədə düşünmədiyi də diqqətə çatdırılıb.

Qeyd edək ki, Rüdiger son mövsümdə "real" forması ilə bütün turnirlərdə 48 matça çıxaraq 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər