Anqoladan da geri düşdük

Anqoladan da geri düşdük

FIFA milli komandaların reytinq siyahısını açıqlayıb. Fanat.Az xəbər verir ki, Azərbaycan millisi siyahıda bir pillə irəliləyib.

Hesabında 253 xal olan millimiz 136-cı yerdə qərarlaşıb. Hesabat dövründə heç bir matç keçirmədiyindən yığmamızın xal hesabı dəyişməyib.

Millimizin irəliləməsinə səbəb digər ölkələrin nəticələri olub. Ötən ay millimizi qabaqlayan Salvador 12, Kuba 30 pillə geriləməklə daha aşağı yerlərə yuvarlanıb. Mərkəzi amerikalıları keçən millimiz bunadək eyni nəticəyə malik olduğu Anqoladan geri düşüb. Beləliklə, iki ölkəni keçib, birini öndə buraxan yığmamız 137-ci pilləni 136-cı yerə dəyişib.

 

Millimizin "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Çexiya (34-cü yer, 768 xal) və Norveç (50-ci yer, 588 xal) bir pilə geriləyib. Almaniya (4-cü yer, 1319 xal), Şimali İrlandiya (28-ci yer, 822 xal) və San Marino (20-ci yer, 200 xal) mövqeyini qoruyub.

 

Dünyanın ən güclü 10 komandasının mövqeyində də heç bir dəyişiklik olmayıb. İlk "onluq"da ardıcıl olaraq bu komandalar qərarlaşıb: Argentina, Belçika, Kolumbiya, Almaniya, Çili, Portuqaliya, Fransa, İspaniya, Braziliya və İtaliya.

Qonşu Türkiyə yığması Macarıstanla birlikdə 19-cu yerə şərikdi. Mövqeyi dəyişməz qalan “ay-ulduzlular” 915 xala malikdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər