"Ançelottinin xahişini yerinə yetirə bilmədik"

"Ançelottinin xahişini yerinə yetirə bilmədik"

"Real Madrid"in hücumçusu Vinisius Junior komandasının Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Mançester Siti"yə 0:4 hesabı ilə uduzaraq mübarizəni dayandırmasını şərh edib.

Fanat.Az xəbər verir ki, evdə heç-heçə etdiyi (1:1) rəqibinə İngiltərədə boyun əyən İspaniya nəhənginin braziliyalı ulduzunun dediklərini "Madrid Zone" belə çatdırıb:

"Biz Ançelottinin xahişini yerinə yetirə bilmədik. "Mançester Siti"yə qarşı mübarizə aparmaq həmişə çətindir. Pis oynadığımızı demək olmaz. Sadəcə, güclü rəqibə qarşı oynadıq".

Qeyd edək ki, ÇL-in finalı iyunun 10-da, İstanbulda keçiriləcək. Həlledici qarşılaşmada "Mançester Siti" Milan "İnter"i ilə qarşılaşacaq.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər