Ançelotti planlarını açıqladı: "Bacıma baş çəkmək istərdim"

Ançelotti planlarını açıqladı: "Bacıma baş çəkmək istərdim"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti təqaüdə çıxandan sonra nə etmək istədiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" 62 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:

“Məşqçi karyeramı bitirdikdən sonra nəvələrimin yanında olmaq, həyat yoldaşımla tətilə getmək istərdim. 

Mən heç vaxt Avstraliyada olmamışam, Rio-de-Janeyroda da həmçinin. Bacıma daha tez-tez baş çəkmək istərdim. Təəssüf ki, indi bunu edə bilmirəm... Hə, təqaüdə çıxana qədər təxirə saldığım işlərim var. Aktiv futbol fəaliyyətimi yekunlaşdırandan sonra onlarla məşğul olmalıyam".

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər