Ançelotti Pikeyə cavab verdi: "O, öz dünyasında yaşayır"

Ançelotti Pikeyə cavab verdi: "O, öz dünyasında yaşayır"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Kral klubu"nun ötən il Çempionlar Liqasının qalibi olmasının yadda qalmayacağını deyən sabiq "Barselona"lı Jerar Pikeyə cava verib.

Fanat.Az-ın məlumatına görə, italiyalı mütəxəssisin dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Pike öz dünyasında yaşayır. Heç kim və heç vaxt bizim Çempionlar Liqasındakı qələbələrimizi unutmayacaq. Əlbəttə, bura sonuncu qələbəmiz də daxildir.  Bunu ömrümüzün sonuna qədər xatırlayacağıq".

Xatırladaq ki, "Real" dünən ÇL-in qrup mərhələsinin 4-cü turu çərçivəsində "Braqa"nı 3:0 hesabı ilə məğlub edib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər