Ançelotti Mbappenin debütünü belə dəyərləndirdi

Ançelotti Mbappenin debütünü belə dəyərləndirdi

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti hücumçu Kilian Mbappenin UEFA Superkubokunda "Atalanta"ya qarşı oyunu ilə bağlı fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti italiyalı mütəxəssisin fikirlərini belə təqdim edib: 

“Kilian yaxşı çıxış etdi. Komandaya yaxşı uyğunlaşdı. Mbappe Vinisius və Bellinqhemlə yaxşı ünsiyyətdə idi. “Real” vahid komanda şəklində oynamalıdır və biz bu matçda bunu bacardıq". 

Xatırladaq ki, qarşılaşma “kral klubu"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Fransalı ulduz hücumçu debüt matçında qol vurub. 

Mbappe bu yay "Real Madrid"ə keçərək 5 illik müqavilə imzalayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər