Ançelotti Kloppdan hədiyyə alıb: "Pandemiya vaxtı ilyarım birlikdə olduq"

Ançelotti Kloppdan hədiyyə alıb: "Pandemiya vaxtı ilyarım birlikdə olduq"

Bu gün "Liverpul" və "Real Madrid" Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda üz-üzə gələcəklər.

Fanat.Az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin ötənilki finalçılarının dueli ərəfəsində Karlo Ançelotti Yürgen Kloppla şəxsi münasibətlərindən danışıb.

ÇL-in son qalibi olan italiyalı mütəxəssis "Sky Sports Italia"ya verdiyi açıqlamada "Liverpul"un baş məşqçisi olan həmkarından hədiyyə aldığını deyib: "Yürgenlə yaxşı münasibətimiz var. Pandemiya vaxtı burada - Liverpulda ilyarımı birlikdə keçirdik. Tez-tez mesajlaşır, görüşürdük. O, mənə hədiyyə verdi. Klopp çox sevimli biridir. Hədiyyə nə idi? Elektron siqaret".

Qeyd edək ki, "Enfild"də baş tutacaq "Liverpul" - "Real Madrid" qarşılaşması tərəflərin son beş ildə beşinci dueli olacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər