Ançelotti 2022-ci ilin ən yaxşısı seçildi

Ançelotti 2022-ci ilin ən yaxşısı seçildi

2022-ci ilin ən yaxşı klub məşqçisinin adına aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) hesablamasına əsasən, Madrid “Real”ının çalışdırıcısı Karlo Ançelotti ötən ilin ən yaxşısı seçilib.

O, 245 səslə bütün həmkarlarını qabaqlayıb. İkinci yeri “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola tutubsa, ilk üçlüyü “Vidad Kasablanka”nın sabiq çalışdırıcısı Valid Reqraqi qapayıb.

1. Karlo Ançelotti (İtaliya, “Real”) - 245 2. Xosep Qvardiola (İspaniya, “Mançester Siti”) - 45 3. Valid Reqraqi (Mərakeş, “Vidad Kasablanka”) - 40 4. Yurgen Klopp (Almaniya, “Liverpul”) - 20 5. Joze Mourinyo (Portuqaliya, “Roma”) - 15 6. Oliver Qlasner (Almaniya, “Ayntraxt”) - 15 7. Unay Emeri (İspaniya, “Vilyareal”/”Aston Villa”) - 10 8. Dorival Junior (Braziliya, “Keara”/”Flamenqo”) - 10 9. Abel Ferreyra (Portuqaliya, “Palmeyras”) - 5 10. Huqo İbarra (Argentina, “Boka Xuniors”) - 5

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər