Yunanstan Super Liqasında XX turun oyunları keçrilir. Fanat.Az xəbər verir ki, Amit Quluzadənin çıxış etdiyi AEL "Olimpiakos"un qonağı olub.
Futbolçumuzun komandası liderə 0:2 hesabı ilə uduzub. Amit meydana fasilədə çıxıb. Niko Varelanı əvəzləyən futbolçumuz sonadək oynayıb.
Qeyd edək ki, AEL 20 turdan sonra 17 xalla 13-cü pillədə qərarlaşıb.
Fanat.Az