AÇ: Millimiz üçün uğursuz gün

AÇ: Millimiz üçün uğursuz gün

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənc taekvondoçuların Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın daha 3 təmsilçisi mübarizəyə qoşulub.

Oğlanların 59 kiloqram çəki dərəcəsində çıxış edən Fərid Əliyev və qız taekvondoçumuz Məryəm Məmmədova (44 kq) startdaca müvafiq olaraq Kosovo və Serbiyadan olan rəqiblərə uduzaraq yarışla vidalaşıblar.

Yusif Qurbanov (55 kq) isə ilk mərhələdə rumıniyalı həmkarını yensə də, sonrakı görüşdə Türkiyə idmançısı ilə bacarmayıb.

Beləliklə, millimiz günü medalsız başa vurub.

Qeyd edək ki, əvvəlki günlərdə dayanq üzərinə çıxan taekvondoçularımızdan Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Pünhan Mürsəlov (45 kq) isə bürünc mükafata sahib çıxıb.

Avropa çempionatına sabah - noyabrın 15-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər