Alves 1 milyon avro təzminat qarşılığında həbsdən buraxıldı

Alves 1 milyon avro təzminat qarşılığında həbsdən buraxıldı

İspaniyanın “Barselona” klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alves azadlığa buraxılıb.

Fanat.Az xəbər verir ki, keçmiş müdafiəçi yekun qərar çıxarılana qədər həbsdə olmayacaq.

Barselona məhkəməsi son hökm çıxana qədər onun evinə buraxılmasını qərara alıb. Alves bunun üçün 1 milyon avro təzminat ödəyəcək.

Alves 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq 4,5 il həbs cəzasına məhkum edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər