Alvares "şəhərlilər"i bu kluba dəyişə bilər

Alvares "şəhərlilər"i bu kluba dəyişə bilər

"Mançester Siti"nin hücumçusu Xulian Alvares karyerasını digər İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "TyC Sports" yayıb.

Xəbərə görə, argentinalı forvardın xidmətində "Çelsi" maraqlıdır. Mənbə London təmsilçisinin yaxın günlərdə "şəhərlilər"ə təklif göndərməyi planlaşdırdığını vurğulayıb.

Xatırladaq ki, bu mövsüm bütün turnirlərdə 54 matça çıxan Alvares 19 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Siti" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Alvaresin transfer qiymətini 90 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər