Qazaxıstan Premyer Liqasında XXVI turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Riçard Almeydanın şərəfini qoruduğu "Astana” "Kaysar"ı qəbul edib.
Matç qolsuz bərabərliklə başa çatıb. Almeyda bu görüşün iştirakçısı olmayıb. Yarımmüdafiəçisi matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Astana" 58 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
Fanat.Az