Almaniyanın yığmasının məşqçisi Rioda qəzaya düşərək öldü

Almaniyanın yığmasının məşqçisi Rioda qəzaya düşərək öldü

Almaniyanın kanoeçilərdən ibarət yığma komandasının məşqçisi Ştefan Hentse Olimpiya Oyunlarının keçirildiyi Rio-de-Janeyroda qəzaya düşərək ölüb.

Bu barədə Almaniya Olimpiya İttifaqına istinadən "Focus" jurnalı məlumat yayıb.

Hadisə, o, taksidə olan zaman baş verib və məşqçi başından ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb

Xatırladaq ki, Ş.Hentse ilə eyni taksidə avarçəkmə komandasının daha bir əməkdaşı - Kristian Kedinq də olub. O, yüngül zədələr alıb və ixəstəxanadan evə buraxılıb.("Report")

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər