Almaniya Futbol Federasiyası (DFB) "AVRO-2016" üçün mükafatların məbləğini açıqlayıb. Fanat.az xəbər verir ki, bununla bağlı federasiya və milli komanda arasında razılıq eldə olunub.
Anlaşmaya əsasən, Almaniya yığması 1/4 finala çıxsa hər futbolçu 50, yarımfinalda oynayacaqları halda 100, finala çıxacaqları halda isə 150 min avro mükafat alacaq. Komanda turnirin qalibi olsa, mükafatın məbləği 300 min avroya qalxacaq.
Qeyd edək ki, Almaniya millisi 1972, 1980 və 1996-cı illərdə Avropa çemionu olub.
Fanat.az