Almaniya nəhənginin yeni idman direktoru bilindi

Almaniya nəhənginin yeni idman direktoru bilindi

"Bayern Münhen" yeni idman direktoru ilə anlaşıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Bild" yayıb.

Xəbərə görə, avstriyalı futbol funksioneri Kristof Froynd Münhen klubunun yeni idman direktoru olacaq. 

Froynd sentyabrın 1-də vəzifəsinin icrasına başlayacaq. O, hazırda "Zalsburq"da müvafiq postu tutur.

Xatırladaq ki, bundan əvvəl "Bayern Münhen"in idman direktoru Həsən Salihamidziç olub. Bosniyalı 2022/2023 mövsümü başa çatdıqdan dərhal sonra qovulub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər