Almaniya nəhəngində istefa

Almaniya nəhəngində istefa

"Bayern Münhen" texniki direktoru Marko Neppe ilə əməkdaşlığa son qoyub.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports"-un müxbiri Florian Plettenberg yayıb. 

Münhen komandasının 37 yaşlı Neppe ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilir. Funksionerə artıq Almaniya və digər ölkələrdən bir neçə təklif var.

Xatırladaq ki, Marko Neppe "Bayern"ə Mathis Tel, Camal Musiala və Alfonso Deyvis də daxil olmaqla, bir neçə ulduz gətirməklə yadda qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər