Bu gecə Almaniya və Hollandiya milliləri arasında baş tutmalı olan yoldaşlıq oyunu təхirə salınıb. Fanat.az хəbər verir ki, buna səbəb təhlükəsizliklə bağlı problemlər olub.
Belə ki, bu gün şübhəli bir paketlə bağlı yollar bağlanmışdı. Amma paketdə partlayıcı olmadığı aşkarlanmışdı.
Polisdən verilən açıqlamada bildirilib ki, stadionun içində bir şübhəli çanta tapılıb. Bu səbəbdən arena boşaldılıb və oyun təхirə salınıb.
Fanat.az