Loris Karius karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirməyə çox yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sport"un əməkdaşı Florian Plettenberq özünün "Twitter" hesabında paylaşım edib.
Almaniyalı jurnalistin iddiasına görə, 29 yaşlı qolkiper "Nyukasl"a qoşulacaq. Azad agent olduğunu nəzərə alsaq, 29 yaşlı qolkiperin İngiltərə klubu ilə müqavilə imzalamasında problem olmayacaq. Kariusun tezliklə tibbi müayinədən keçəcəyini və "Nyukasl"la qısamüddətli müqavilə imzalayacağını bildirilib. Plettenberq qeyd edib ki, Karius birinci qapıçı Nik Popu əvəz edəcək. Çünki "Nyukasl"ın ikinci qapıçısı Karl Darloy da zədələnib.
Karius 2018-ci ildə Çempionlar Liqasının finalındakı kobud səhvindən sonra "Liverpul"dan ayrılaraq "Beşiktaş"a, daha sonra "Union Berlin"də icarə əsasında çıxış edib. O, iyun ayından azad agentdir.
Qeyd edək ki, "Nyukasl" ötən ildən sərəncamında 320 milyard funt-sterlinq olan Səudiyyə İnvestisiya Fonduna məxsusdur və bu, dünyanın ən zəngin klubu olması deməkdir.
Mirağa