Alman klubundan irqçilərə sərt cavab - FOTO

Alman klubundan irqçilərə sərt cavab - FOTO
Almaniyanın "Deynster" klubu irqçilərə anlamlı cavab verib. Fanat.az xəbər verir ki, komandanın bütün üzvlərinin yer aldığı foto komputer proqramı ilə qaraya boyadılaraq klubun sosial media hesabından paylaşılıb.
Buna səbəb "Deynster"in iki sudanlı üzvü Emad Babiker və Amar Alnurun irqçi hücuma məruz qalması olub. Klub bütün futbolçularını qaraya boyayaraq bu olaya etiraz edib.
Fotonun altında isə bu sözlər yazılıb: "Qaçqınlara qarşı edilən şiddət insanın ürəyini ağrıdır. Emad və Amar, siz də hər kəs kimi bizdən birisiniz və sizinlə birlikdə olduğumuz üçün çox xoşbəxtik".
Məsələ ilə bağlı açıqlama verən komandanın baş məşqçisi Sonke Kreybix iki futbolçunun qəsəbədəki Pasxa bayramı sırasında sözlü və fiziki təzyiqə məruz qaldığını, Emara isə daha çox fiziki təzyiq edildiyini bildirib.
Alman klubundan irqçilərə sərt cavab - FOTO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər