“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “Fiorentina”yla oyunda (1:0) futbolçularını müdafiə edərək, onları söyən azarkeşə sərt reaksiya göstərib.
Fanat.Az xəbər verir ki, "Juventus News Live" bu anın görüntülərini təqdim edib.
İtaliyalı mütəxəssis fanata sərt tonda cavab verərək ona belə deyib: “Mumla və otur yerinə. Problemin var?"
Allegri shouted “Shut up and come down here…” to a fan who was calling out the players. [DAZN] #Juventus pic.twitter.com/bdP8hP9sIf
— Juventus News Live (@juvenewslive) February 12, 2023
“Yuventus”un baş məşqçisi oyundan sonra mətbuat konfransında da bu məqamla bağlı danışıb: "Təbii ki, əsəbləşirəm. Moyze Ken, De Şilyo və Leandro Paredes kimi oyunçuların fitnəyə məruz qalmasına təəssüflənirəm. Halbuki mürəkkəb bir dövrdə yaşayırıq və buna baxmayaraq, futbolçularım hər şeyini verir. "Montsa"dakı məğlubiyyətdən sonra olduğu kimi, uduzduqda tənqidləri qəbul edirik. Ancaq oyunçunu adı səsləyib söymək düzgün deyil”.
Mirağa