Çalhanoğlu hakimlə məzələndi

Çalhanoğlu hakimlə məzələndi

"Milan”ın türkfutbolçusu Hakan Çalhanoğlu maraqlı açıqlama ilə gündəmə gəlib.

 

 

Fanat.az xəbər verir ki, yarımmüdafiəçi Avroliqada dünən baş tutan "Arsenal” – "Milan” oyununun ardından (1:3) referi Yonas Erikssona söz atıb. Möhtəşəm qolla hesabı açan orta xətt oyunçusu belə deyib: "Yaxşı mübarizə apardıq. Hesabı aça bildik. Londonda bu səviyyədə futbol göstərmək asan deyil. Ancaq vurduğumuz qoldan sonra inanılmaz şeylər baş verdi. Matçın adamı kim idi? Avroliqada belə halları tez-tez görmürük. Oyuna damğa vuran hakim idi”.

 

Qeyd edək ki, Milan öz meydanında da "topçular”a 0:2 hesabıyla yenilmişdi.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər