Alesio qayıtdı və karantinə alındı

Alesio qayıtdı və karantinə alındı
Çempionlar Liqasına hazırlaşan "Araz" sabahdan təlim-məşq toplanışına tam heyətlə başlayacaq. 
Fanat.Az xəbər verir ki, hazırlığın fiziki durumun bərpasına aid ilk mərhələsini başa vuran komanda taktiki-texniki çalışmalara baş məşqçi Joze Alesio Da Silvanın rəhbərliyi altında başlayacaq. Belə ki, braziliyalı mütəxəssis artıq Bakıdadır. Alesio qayıdan kimi karantinə alınıb, verdiyi korona testi neqativ çıxıb. Bu o deməkdir ki, onun komandanın yanında olmasına əngəl qalmayıb. 
İranlı legioner İsaq Surqalı da Bakıya dönərək məşqlərə qoşulub. Braziliyalı yeni transferlər - Conatan Felipe və Emanoel Rodriges isə bu gecə ölkəmizə təşrif buyuracaqlar. 
Qeyd edək ki, "Araz” Çempionlar Liqasının ilkin mərhələsində avqustun 21-də "Europa”, ertəsi gün "Kampuksen Dinamo”, avqustun 24-də isə "Raba” klubu ilə qarşılaşacaq. Təmsilçimizin yer aldığı qrupun oyunları Latviyada təşkil olunacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər