Aleksis Sançesin yeni klubu açıqlandı

Aleksis Sançesin yeni klubu açıqlandı
Aleksis Sançesin yeni klubu müəyyənləşdi.
Fanat.Az xəbər verir ki, çilili forvard "Mançester Yunayted"t "İnter"ə dəyişir. Bu barədə "Sky Sport" məlumat yayıb.
Bu yay "Mançester Yunayted"dən Romelu Lukakunu da transfer edən Milan klubu Sançesin də keçidini razılaşdırıb. 30 yaşlı futbolçunu icarəyə götürəcək "İnter" onun 12 milyon avrluq maaşının 5 milyon avrosunu ödəyəcək. Keçid tezliklə açıqlanacaq.
Qeyd edək ki, Sançes "Mançester Yunayted"ə 2018-ci ildə "Arsenal"dan 34 milyon avroya transfer olunub. Çili millisin üzvü əvvəllər vətənində "Kobreloa", "Colo-Colo", İtaliyada "Udineze", Argentinada "River Pleyt", İspaniyada "Barselona" və İngiltərədə "Arsenal"ın formasını geyinib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər