Albert Səlimovdan qələbə

Albert Səlimovdan qələbə
Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Fanat.az xəbər verir ki, yarışın V günündə Azərbaycan yığmasının daha 3 üzvü mübarizəyə qoşulub.
 
İlk olaraq rinqə Kamran Şahsuvarlı çıxıb. 75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz mübarizəyə 1/16 final mərhələsindən start verib. O, çinli Zao Minqqanqla qarşılaşıb. Görüş 3:0 hesabı ilə Kamranın xeyrinə başa çatıb. Bu nəticə ilə təmsilçimiz 1/8 finala yüksəlib. O, bu mərhələdə Rusiyalı Artyom Çebotaryov ilə döyüşəcək. Həmin matç avqustun 13-də keçiriləcək.
 
Daha sonra Albert Səlimov yumruğunun gücünü sınayıb. 60 kq-da çıxış edən dəri əlcək ustamız Olimpiadaya 1/8 finaldan start verib. Təmsilçimiz irlandiyalı Devid Coysla münasibətlərinə aydınlıq gətirib. Hər üç raundda rəqibindən üstün olan Albert qələbə qazanaraq 1/4 finala yüksəlib.
 
Azərbaycanlı bokssevərlər günə Məhəmmədrəsul Məcidovun döyüşü ilə yekun vuracaqlar. Superağır çəkidə (+91 kq) mübarizə aparan idmançımız da ilk olaraq 1/16 finalda çıxış edəcək. Onun rəqibi isə mərakeşli Mohammed Arjaoui olacaq. Döyüş saat 02:00-da start götürəcək
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər