AL: Son 1/8 finalçı bəlli oldu

AL: Son 1/8 finalçı bəlli oldu

Avropa Liqasında 1/16 final mərhələsi başa çatıb.

 

Fanat.Az xəbər verir ki, mərhələnin güclü külək üzündən 1 gün "sürüşdürülən” son dueli reallaşıb. "Zalsburq” Frankfurt "Ayntraxt”ını qəbul edib.

Öz meydanında rəqibini 4:1 hesabıyla yenən "Ayntraxt" səfərdə 2:2 hesablı bərabərliyə razılaşaraq adını 1/8 finala yazdırıb.

Almaniya təmsilçisi 1/8 finalda İsveçrə "Bazel”i ilə münasibətlərinə aydınlıq gətirəcək. Tərəflərin ilk oyunu martın 12-də Frankfurtda, cavab görüşü isə ayın 19-da Bazeldə keçiriləcək.

Avropa Liqası

1/16 finalın cavab oyunu

28 fevral

Zalsburq (Avstriya) – Ayntraxt (Almaniya) 2:2

Qollar: Ulmer, 10. Onquene, 72 – A.Silva, 30; 83.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər