AL: Bütün 1/4 finalçılar bilindi

AL: Bütün 1/4 finalçılar bilindi
Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
 
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə də 4 qarşılaşma baş tutub.
 
Şotlandiyada "Reyncers”i 3:1 hesabı ilə məğlub etmiş "Bayer” bu üstünlüyü Almaniyadakı oyunda da qoruyub və növbəti mərhələyə yüksəlib.
 
Bu görüşlə eyni saatda start götürən digər matçda İspaniya "Sevilya”sı ilə İtaliya "Roma”sı münasibətlərinə aydınlıq gətirib. Bu klublar arasında ilk oyun pandemiya səbəbindən təxirə salınmışdı. Bu üzdən də tərəflər cütün qalibini neytral meydanda – Almaniyada keçiriləcək tək oyunda müəyyənləşdirib. Daha inamlı İspaniya təmsilçisi 1/4 finala adlayıb.
 
Frankfurtda "Ayntraxt”ın qapısından 3 cavabsız top keçirmiş "Bazel” Almaniyadan olan rəqibini İsveçrədə də də üstələyib.
 
Gecənin digər oyununda isə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi İngiltərə "Vulverhempton”u Yunanıstan "Olimpiakos”unu qəbul edib. Minimal hesabla üstün olan Britaniya təmsilçisi mərhələ adlayan tərəf olub.
 
Avropa Liqası
1/8 finalın cavab oyunları
 
6 avqust
 
"Bayer” (Almaniya) – "Reyncers” (Şotlandiya) 1:0
Qol: Dyabi, 51.
İlk oyun – 3:1
 
"Sevilya” (İspaniya) – "Roma” (İtaliya) 2:0
Qollar: Reqilon, 22. En Nesiri, 44.
İlk oyun keçirilməyib
 
"Bazel” (İsveçrə) – "Ayntraxt” (Almaniya) 1:0
Qol: Frey, 88.
İlk oyun – 3:0
 
"Vulverhempton” (İngiltərə) – "Olimpiakos” (Yunanıstan) 1:0
Qol: R.Ximenes, 9-pen.
İlk oyun – 1:1.
 
Qeyd edək ki, Avropa Liqasında 1/8 final mərhələsinin ilk 4 oyunu avqustun 5-də keçirilib. Danimarka "Kopenhagen”i Türkiyə çempionu "Başakşəhər”i iki oyunun yekununda (0:1, 3:0) üstələyərək, mərhələ adlayıb.
 
"Mançester Yunayted” Avstriya LASK-ına hər iki qarşılaşmada (5:0, 2:1) qalib gəlib. 1/4 finalda "Mançester Yunayted” "Kopenhagen”lə görüşəcək.
 
Ukrayna "Şaxtyor”u "Volfsburq”dan hər iki qarşılaşmada (3:1, 3:0) üstün olub. "Şaxtyor” 1/4 finalda "Bazel”lə münasibətlərinə aydınlıq gətirəcək.
 
İspaniya "Xetafe”sini yenən (2:0) İtaliya "İnter”i isə "Bayer”lə görüşəcək.
 
"Vulverhempton” da "Sevilya”ya rəqib olub
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər