Aftandil Hacıyevin 100-cü sınağı

Aftandil Hacıyevin 100-cü sınağı

“Səbail” Aftandil Hacıyevin rəhbərliyi altında 100-cü çempionat matçını keçirib.

Fanat.Az PFL-in rəsmi saytına xəbər verir ki, bu yubiley Premyer Liqanın XXIV turuna təsadüf edib. “Neftçi” ilə ev matçı Hacıyev üçün 100-cü sınaq olub.

2018-ci ilin yayından Bakı təmsilçisini çalışdıran mütəxəssisin yetirmələri 4 mövsüm ərzində 26 qələbə qazanıb. “Səbail” Hacıyevin rəhbərliyi altında 21 heç-heçə edib və 53 dəfə uduzub.

Qeyd edək ki, bu matçda “Səbail” 0:1 hesabı ilə uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər