Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, üçüncü oyun günündə üç görüş reallaşıb. D qrupunda Nigeriya yığması Misirə minimal hesabla qalib gəlib. Bu qrupun digər oyununda Sudanla Qvineya Bisau "quru sülh"ə razılaşıb. E qrupunda isə Əlcəzairlə Syerra Leone milliləri bir-birinin qapısına yol tapa bilməyib.
Afrika Millətlər Kuboku 11 yanvar
E qrupu
Əlcəzair - Sierra Leone 0:0
D qrupu
Nigeriya – Misir 1:0 Qol: İheanaço, 30.
Sudan - Qvineya-Bissau 0:0