AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək

AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək

Martın 7-də, “Fairmont” hoteldə AFFA-nın növbəti Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Fanat.Az xəbər verir ki, saat 10:00-da başlayacaq Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

- Prezident tərəfindən iclasın açıq elan edilməsi; - Konfransın tərkibinin yoxlanılması; - İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması; - Maliyyə hesabatlarının təsdiq olunması; - Müstəqil auditorun hesabatını nəzərə almaq; - Hər hansı vakant vəzifəyə seçkilər; - AFFA üzvlərinin təkliflərinin qəbul olunması; - Digər məsələlər.   Konfransa giriş dəvətnamə ilə olacaq. Media nümayəndələrinin Konfransda iştirakı ilə bağlı akkreditasiya üçün qeydiyyat aparılacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər